ABŞ prezidenti Donald Trampın koronavirusa yoluxması dünyada müzakirəyə çevrilib.
Şəffaflıq.az xarici mediaya istinadla xəbər verir ki, məlumatla bağlı Ağ Ev sözçüsü Stefan Qrişam açıqlama yayıb. O, prezidentin müayinədən keçmədiyini bildirib:
“Prezident Tramp müayinədən keçməyib. Çünki nə koronavirusa yoluxan adamlarla təmasda olub, nə də virusa xas hər hansı əlaməti yoxdur. Prezidentin səhhəti qaydasındadır və şəxsi həkiminin daim diqqət mərkəzindədir".