Əsas Səhifə > REGİON > Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.
Dağıstanın doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.11-04-2026, 11:50 |
|
Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. "Regionun doqquz yaşayış məntəqəsi su altında qalmaqda davam edir: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi", - məlumatda vurğulanıb. FHN-in məlumatına görə, nəticələrin aradan qaldırılması üçün bölgəyə 3,8 mindən çox mütəxəssis və mindən çox texnika cəlb edilib. Hazırda 16 müvəqqəti yerləşdirmə məntəqəsində 524 nəfər qalır, onlardan 175-i uşaqdır. Qeyd edək ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqına səbəb olub. Əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə federal səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib. Geri qayıt |