Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb

BMT Ukraynanın mülki əhalisi üçün ən ölümcül silahı açıqlayıb


11-04-2026, 08:44


Ukraynanın mülki əhalisi arasında 2026-cı ilin mart ayında zərərçəkənlərin sayı fevral ayı ilə müqayisədə 49% artıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Hüquqları üzrə Monitorinq Missiyasının hesabatına istinadən UNIAN məlumat yayıb.

"Ötən ay ərzində Ukraynanın mülki əhalisi üçün ən ölümcül silah qısamənzilli dronlar olub", - hesabatda deyilir.

Qeyd olunub ki, mart ayı ərzində müşahidəçilər ən azı 211 nəfərin həlak olduğunu, daha 1 206 nəfərin isə yaralandığını qeydə alıblar.

Müşahidəçilərin sözlərinə görə, uzaqmənzilli silahların (raketlərin və pilotsuz uçuş aparatları) ümumi tələfatın 36%-nə səbəb olub (61 ölü və 448 yaralı):


Geri qayıt