Əsas Səhifə > XARİCİ XƏBƏR > Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.
Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.11-04-2026, 08:35 |
|
Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər. Şəffaflıq.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" məlumat yayıb. Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər. Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir. Geri qayıt |