Əsas Səhifə > FUTBOL > Sahibə Qafarova Milli Məclisin komandasını TÜRKPA futbol turnirində uğurlu iştirakla bağlı təbrik edib
Sahibə Qafarova Milli Məclisin komandasını TÜRKPA futbol turnirində uğurlu iştirakla bağlı təbrik edib10-04-2026, 14:13 |
|
Sahibə Qafarova Milli Məclisin futbol komandasını Türkiyədə keçirilmiş TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq turnirində uğurlu çıxışla bağlı təbrik edib. Şəffaflıq.az xəbər verir ki, o bununla bağlı parlamentin bugünkü plenar iclasının yekununda danışıb. Sədr xatırladıb ki, Milli Məclisin komandası Antalyada parlamentlərarası beynəlxalq futbol turnirində ikinci yerə çıxıb. "Komandanın heyətində Milli Məclisin 10 deputatı, 7 əməkdaşı iştirak edib". Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparıb. Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn Milli Məclisin komandası qrup birincisi kimi finala yüksəlsə də, həlledici oyunda Türkiyə parlamentarilərinə 1:3 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutub. Geri qayıt |