Əsas Səhifə > REGİON > İranın Ali liderinin müşaviri bombardman zamanı aldığı xəsarətlərdən ölüb

İranın Ali liderinin müşaviri bombardman zamanı aldığı xəsarətlərdən ölüb


10-04-2026, 09:16


İranın Ali liderinin müşaviri və İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombardman edilməsi zamanı aldığı xəsarətlərdən vəfat edib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, daha əvvəl Amerika-İsrailin hücumu zamanı yaralanan Xərrazi bir neçə saat əvvəl ölüb.

Daha əvvəl, aprelin 1-də "Al-Hadath" televiziyası Xərrazinin Tehranın bombardman olunması zamanı yaralandığını və vəziyyətinin ağır olduğunu xəbər verib. İran hakimiyyəti o vaxt bu məlumatla bağlı şərh verməyib.


Geri qayıt