Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp neft təchizatının tezliklə bərpa olunacağını bildirib

Tramp neft təchizatının tezliklə bərpa olunacağını bildirib


10-04-2026, 09:06


ABŞ Prezidenti Donald Tramp İranın mövqeyindən asılı olmayaraq yaxın vaxtlarda neft tədarükünün bərpa olunacağını bildirib.

Şəffaflıq.az-ın məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mənim sayəmdə İranın heç vaxt nüvə silahı olmayacaq və neft tədarükü tezliklə İranın köməyi ilə və ya köməyi olmadan bərpa ediləcək, bu mənim üçün tamamilə əhəmiyyətsizdir", - Tramp qeyd edib.

Bununla yanaşı, o, daha əvvəl "vaxtından əvvəl qələbə elan etdiyini" bildirən "The Wall Street Journal"ı tənqid edib. "Bu, həqiqətən qələbədir və vaxtından əvvəl heç bir şey yoxdur", - Ağ Ev rəhbəri qeyd edib.


Geri qayıt