Əsas Səhifə > İnfrastruktur > Nayrobidə şəhərlərin iqlim dayanıqlılığı və sosial müdafiəsi müzakirə olunub
Nayrobidə şəhərlərin iqlim dayanıqlılığı və sosial müdafiəsi müzakirə olunub9-04-2026, 15:33 |
|
Nayrobidə keçirilən 2-ci Afrika Şəhərsalma Forumunda şəhərlərin iqlim dəyişikliyinə adaptasiyası və sosial həssas qrupların müdafiəsi mövzusunda yüksəksəviyyəli müzakirələr aparılıb. Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Bu gün Nayrobidə 2-ci Afrika Şəhərsalma Forumu çərçivəsində şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi və sosial baxımdan həssas əhali qrupunun dəstəklənməsinə yönəlmiş yüksəksəviyyəli tədbirdə iştirak etdik. Bugün şəhərlər artan iqlim risklərindən tutmuş sürətli urbanizasiyaya qədər mürəkkəb çağırışlarla üzləşirlər. Bu kontekstdə dayanıqlılıq artıq yalnız ətraf mühit və ya şəhərsalma prioriteti deyil, həm də əsas sosial-iqtisadi məsələdir", - deyə sədr qeyd edib. Geri qayıt |