Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək
Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək9-04-2026, 15:00 |
|
Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır. Şəffaflıq.az-ın məlumatına görə, təhsil müəssisələrinə elektron tələbə qəbulu xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il iyunun 20-dək təmin edilməsi planlaşdırılır. Bu çərçivədə xidmətin mövcud iş axını iyunun 30-dək təqdim ediləcək. Daha sonra təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyulun 18-dək razılaşdırılması nəzərdə tutulur. Xidmətin iyulun 1-dək mygov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, təhsil tələbə krediti üzrə müraciətlərin də elektronlaşdırılması istiqamətində işlər aparılır. Bu xidmətin EHİS-ə inteqrasiyasının 2026-cı il mayın 1-dək təmin edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində mövcud iş axınının da mayın 1-də təqdim olunması planlaşdırılır, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 6-dək razılaşdırılacaq. Hər iki xidmət üzrə işlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Geri qayıt |