Əsas Səhifə > FUTBOL > Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib

Tovuz şəhər stadionunun qazonu yenidənqurmadan sonra təftiş edilib


7-04-2026, 18:04


Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.

Bu barədə  PFL-dən məlumat verilib.

Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı "Azərsun Arena"da ev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Şəffaflıq.az


Geri qayıt