Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Azərbaycanda bəzi dövlət qurumlarının saytlarında problem yaranıb
Azərbaycanda bəzi dövlət qurumlarının saytlarında problem yaranıb8-03-2020, 22:45 |
Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına girişlə bağlı problem yaranıb. Şəffaflıq.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunlar Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinə məxsus internet saytlardır. Qeyd edilən saytlara giriş ya mümkün olmur, yaxud da onlar çətinliklə açılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova məsələ ilə bağlı “Report”a bildirib ki, saytların açılmamağı ilə bağlı bizə nə rəsmi, nə də qeyri-rəsmi müraciət edilməyib: “Bu cür hallar adətən yüklənmə prosesində olur. Sizin müraciətinizdən sonra Elekton Təhlükəsizlik Xidmətinə araşdırılması üçün müraciət edəcəyik.Hazırda NRYTN-nin saytını yoxladıq, heç bir problem yoxdur". Geri qayıt |