Əsas Səhifə > REGİON > Media: İranda Yaxın Şərqin ən hündür körpüsü partladılıb
Media: İranda Yaxın Şərqin ən hündür körpüsü partladılıbDünən, 16:23 |
|
ABŞ-İsrail qüvvələrinin havadan zərbəsi nəticəsində İranın paytaxtı Tehran yaxınlığındakı Kərəc rayonunun Əzimiyyə bölgəsinə B1 körpüsü partlayıb, bir neçə nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, məlumatı "Fars" informasiya agentliyi yayıb. Bildirilib ki, bu körpü Tehran-Kərəc sürət yolunun üstündədir. Məlumata görə, Tehranın qərbində də bir neçə partlayış olub. Bundan sonra Kərəcin bəzi hissələrində elektrik enerjisi kəsilib. Bu, Yaxın Şərqin ən hündür körpüsü sayılır. Geri qayıt |