Əsas Səhifə > MALİYYƏ > MİDA-da rəhbər vəzifəyə təyinat olub
MİDA-da rəhbər vəzifəyə təyinat olubDünən, 14:55 |
|
Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) yeni təyinat olub. Şəffaflıq.az-ın məlumatına görə, Şöhrət Süleymanlı Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. O, 2024-cü ilin aprel ayından 2026-cı ilin aprel ayına qədər MİDA-da Beynəlxalq əlaqələr və investisiyaların təşviqi sektorunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda 2024-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətlə məşğuldur. Ş. Süleymanlı 2015-2019-cu illərdə UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə, 2017-2018-ci illərdə Türkiyənin Hacettepe Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alıb, 2019-2022-ci illərdə Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) İqtisadi-riyazi modelləşdirmə ixtisası üzrə magistr dərəcəsi əldə edib. Bununla yanaşı, o, 2023-cü ilin noyabr ayından Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Ümumi iqtisadiyyat – iqtisadi modelləşdirmə ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alır. Geri qayıt |