Əsas Səhifə > SAĞLAMLIQ > Mart ayında aparılan yoxlamalar nəticəsində 12 aptekdə nöqsanlar aşkarlanıb
Mart ayında aparılan yoxlamalar nəticəsində 12 aptekdə nöqsanlar aşkarlanıb1-04-2026, 15:00 |
|
Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb. Mərkəzdən verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub. Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib olunub. Şəffaflıq.az Geri qayıt |