Əsas Səhifə > SAĞLAMLIQ > Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq1-04-2026, 12:14 |
|
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yaxın günlərdə tam fəaliyyətə başlayacaq. Şəffaflıq.az xəbər verir ki, bunu Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov klinikanın açılışında jurnalistlərə açıqlamasında deyib. N.Pənahov qeyd edib ki, klinikinanın yaradılması Azərbaycan tibb tarixində önəmli hadisədir: "Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək. Klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək". O həmçinin əlavə edib ki, klinikada ən son texnologiyalardan istifadə edilir. Klinikanın Baş həkimi Dilqəm Məmmədov isə bildirib ki, bura tədris və praktikanın inteqrasiyası ilə fərqlənir: "Klinika eyni zamanda rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq". Geri qayıt |