Əsas Səhifə > SİYASƏT > Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır
Partiyaların illik maliyyə hesabatlarını təqdim etməsi üçün nəzərdə tutulan müddət bu gün başa çatır1-04-2026, 12:12 |
|
Bu gün siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2025-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. Şəffaflıq.az-ın xəbərinə görə, qanunvericiliyə əsasən, təqdim edilən hesabatlar MSK tərəfindən araşdırılacaq. Bu gündən etibarən hesabat verən partiyaların siyahısı və təqdim etdiyi hesabatlar MSK-nın saytında yerləşdiriləcək. Xatırladaq ki, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Geri qayıt |