Əsas Səhifə > Dünya > Gizli planları reallaşdıran KORONAVİRUS

Gizli planları reallaşdıran KORONAVİRUS


8-03-2020, 15:02


 

Dünyaya ağalıq etmək istəyənlərin xüsusi laboratoriyalarda hazırlayaraq reallaşdırdığı koronavirus

Son illərdə dünyada baş verən hadisələr insanların mistik  və dini inanclarına uyğun olaraq  dünyanın  sonunun, qiyamət gününün yetişdiyi və yaxınlaşması barədə deyilənləri bir daha gündəmə gətirərək aktuallaşdırır. Xristianlar bunu apokalipsisin, müsəlmanlar isə qiyamət gününün yaxınlaşması kimi dəyərləndirirlər.

Apokalipsis düşüncəsinə görə, dünyanın sonu gələcək, insanlar öləcək, göydən daş yağacaq, günəş qərbdən çıxacaq.

İslama görə də dünyanın sonu gələcək və qiyamət günü olacaq. Təbii ki, bu tamamilə başqa bir mövzunun söhbətidir və bu barədə müzakirə açmaq niyyətim yoxdur.

 İnsanlar son illərdə baş verən müxtəlif formalı qlobal böhranları, bu istər münaqişələr olsun, istər insanlığın sürətli mənəvi deqradasiyaya uğraması olsun,  istər təbii fəlakətlər, dağıdıcı sunamilər,  fırtınalar, burulğanlar, zəlzələlər, istərsə də ölümcül epidemiyaların sürətlə dünyanı cənginə alması olsun, bütün bunları dünyanın sonunun yaxınlaşması kimi dəyərləndirirlər.

Amma və lakin... Son illərdəki  kəskin respiratorlu  virus infeksiyalarının  yayılması barədə daha geniş bilgi əldə etdikdə, bunların  müəyyən mərkəzlər tərəfindən  xüsusi laboratoriyalarda hazırlanaraq  yayıldığını  və həyata keçirildiyini görürük. Bu fikri son illərdəki Yaxın Şərqdə və Cənub Mərkəzi Asiyadakı münaqişələrə də şamil etmək olar.

Məqsəd də aydındır. Böyük və maraqlı güc mərkəzləri  dünyaya ağalıq etmək, öz niyyətlərinə çatmaq üçün digər təzyiq metodları işləmədikdə, məhz belə metodlardan istifadə edərək insan psixologiyasına təsir edib təşviş, vahimə, ölüm qorxusu yaratmaqla hədəflərinə nail olmaq istəyirlər. Yetərincə belə misalları çəkmək olar. Elə götürək sonuncu Çinin Uahan şəhərində yayılan yeni koronavirusu olan COVİD-19-u. COVİD-19 virusunun 2019-cu ilin dekabrında Çində  aşkar edilməsi ilə dünyanı cənginə alması sanki bir göz qırpımında baş verdi. İnsanlar  təşvişə, vahiməyə düşərək nə edəcəklərini bilmədilər. Dünya insanında ciddi bir ajiotaj yaşanmaqdadır. Bu ölümcül virusa qarşı necə mübarizə aparacağını bilmir. Və heç kim də bu virusa yoluxmaqdan  sığortalanmayıb. Çünki virusun  yayılma  formalarından biri də hava və su damcısı vasitəsi ilə insanlara keçməsidir. Hazırda dünyanın 80-dən artıq ölkəsində bu  infeksion virus aşkar edilib. Bu virusa yoluxanların rəsmi statistikalara görə  sayı yüz minə, ölənlərin sayı isə 4 minə yaxınlaşmaqdadır. Hələ də bu öldürücü virusa qarşı ciddi müalicə metodu tapılmayıb. Sadəcə insanlara  digər infeskion xəstəliklərdə olduğu kimi ciddi gigiyenik qaydalara riayət olunması tövsiyyə olunur. Necə ki, buna oxşar  vasitələr bir müddət əvvəl dünyanı öz cənginə alan “quş qripi”, “donuz qripi” zamanı deyilən qaydalara yaxındır.

Lakin bəzi ölkələrin xüsusi xidmət orqanları bildirirlər ki, COVİD-19 virusu da  yuxarıda adını çəkdiyimiz “quş qripi”, “donuz qripi” kimi  xüsusi laboratoriyalarda  hazırlanaraq yayılıb.

Məqsəd də bəllidir. Həmin maraqlı güclər  insanlar içərisində təşviş, vahimə yaratmaqla psixoz, nevroz vəziyyətə salaraq hədəflərinə nail olmaq istəyirlər. Belə ki, bu  yolla cəmiyyətlərdə sosial fobiya yaradılır ki, bu da öz növbəsində cəmiyyətdə panik pozuntuya gətirib çıxarır, insanlar arasında vahimə yaranır. İnsanlar real ölüm təhlükəsi ilə üz-üzə qalırlar. Nəticədə nə baş verir?... Nəticədə vahimə cəmiyyəti idarə edən rəhbərləri bu problemin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmaq zorunda qoyur. Bu da öz növbəsində  nəticə etibarı ilə dünya iqtisadiyyatının çöküşünə, zəifləməsinə gətirib çıxarır. Necə ki, biz bunu zamanında “quş qripi” zamanı şahidi olduq. Bir sıra ölkələrin quşçuluq və digər təsərrüfatları məhv edildi. Turizm sektoruna sarsıdıcı zərbələr endirildi. Ölkələr arasında əlaqələr kəsildi. Bu proses eyni ilə COVİD-19 virusunun yayılmasında müşahidə olunmaqdadır. Digər infeksion virusların yayıldığı zaman müşahidə edilən  təşviş, sosial fobiya, vahimə, cəmiyyətin nevroz halı, panik pozuntu  halı indi də müşahidə olunur. Bu ölümcül hələ də müalicəsi tapılmayan virus yenə də dünyanı vurub  bir-birinə...  Ölkələr arasında ticari-iqtisadi,  gediş-gəliş  əlaqələri kəsilir və ya məhdudlaşdırılır. Bu da nəticə etibarı ilə həm insanların psixoloji sağlamlığına, həm iqtisadiyyatına mənfi təsir edir. Bahalaşmaya  şərait yaradır. Möhtəkirlərə geniş imkanlar açır. Möhtəkirlər, fürsətcillər ələ düşən bu fürsətdən öz  maddi imkanlarını daha da artırırlar. Bu planı həyata keçirən maraqlı güclər isə dünyanın  hökmranı olmaq, dünya iqtisadiyyatına nəzarət imkanlarını əldə etməyə nail olurlar.Yəni belə bir vəziyyətdə həmin maraqlı güclər bu infeksiyanın tüğyan etdiyi ölkələrə daha rahat  təzyiq etmək və geri otuzdurmaq  imkanı olur.

Son olaraq  belə bir qənaətə gəlmək olar ki, maraqlı güclər belə bir ölümcü virusu yaymaqla dünya insanı arasında  real ölüm vahiməsi yaratmaqla psixologiyasını pozmaqla istəklərinə nail olurlar. Siyasətdə klassik bir düşüncə hakim kəsilir. Əsas məsələ nəticədir. İstənilən metod və taktikadan istifadə etməklə məqsədə nail olmaq... Bu zaman milyonlarla insan itkisinə yol vermək olar. Təki  qələbə əldə edilsin. Necə ki, İkinci Dünya Müharibəsi zamanı 20 milyon insan  həyatını itirdi. Amma bu gün biz hələ də 20 milyon insanın həyatına son qoyan, dəhşətli insani faciə ilə yekunlaşan müharibəni faşizm üzərində qələbə, bayram kimi qeyd edirik...  Və yaxud 1945-ci ilin həmin  müharibənin ən dəhşətli insani faciəsi olan Xirosima və Naqasakiyə atılan atom bombası və təcrübədən keçirilməsi kimi... Hansı ki,  ABŞ bu iki şəhər atılan  iki ədəd atom bombası  bir andaca 150 mindən artıq insanın həyatına son qoydu. Bu yolla özünü dünyanın ağası elan  etdi.

İndi isə dünya gücləri daha yeni taktikalardan istifadə etməklə nəyin bahasına olur-olsun özlərini dünyanın ağası olduğunu sübut etmək istəyirlər. Bu yolda milyonlarla insan həyatını itirə bilər...

Bunun üçün də bəhanə var. Əhali çoxdur və onu dolandırmaq mümkün deyil.  Guya bu yolla dünyada bir nizam yaradırlar. Bax yeni yaradılaraq dünyada kütləvi insan tələfatının səbəb olan yeni koronavirus  COVİD-19-da bu qəbildən olan viruslardandır.

Şəffaflıq.az



Geri qayıt