Əsas Səhifə > REGİON > Bodrumda qanunsuz miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb

Bodrumda qanunsuz miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb


1-04-2026, 10:38


Türkiyənin Muğla əyalətinin Bodrum rayonunda (Egey dənizi sahilləri - red.) qanunsuz miqrantları daşıyan qayıq batıb.

Şəffaflıq.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 11 miqrant ölüb, 21-i isə xilas edilib.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.


Geri qayıt