Əsas Səhifə > Hadisə > Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından ölüb

Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından ölüb


1-04-2026, 10:31


Bakıda kişi və arvadı dəm qazından zəhərlənərək ölüb.

Şəffaflıq.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü arvadı kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.


Geri qayıt