Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb31-03-2026, 23:51 |
|
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Şəffaflıq.az-ın məlumatına görə, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb. Meydan sahiblərinin heyətində Georgi Çorbaciyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Qarşılaşma Plovdiv şəhərində baş tutub. Qeyd edək ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür. Geri qayıt |