Əsas Səhifə > Hadisə > Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var
Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var31-03-2026, 16:32 |
|
Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb. İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan iki qadının vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Geri qayıt |