Əsas Səhifə > REGİON > Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar
Putin və Paşinyan sabah Moskvada danışıqlar aparacaqlar31-03-2026, 14:30 |
|
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Bu barədə Şəffaflıq.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilib ki, qarşıdan gələn danışıqlar zamanı Putin və Paşinyan geniş spektrli məsələləri, o cümlədən Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə edəcəklər. "Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının cari vəziyyətini və perspektivlərini, eləcə də regional gündəliyin aktual məsələlərini, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etmək planlaşdırılır", - məlumatda qeyd olunub. Geri qayıt |