Əsas Səhifə > Hadisə > İsmayıllıda 2 nəfərin öldüyü avtoqəzada yaralananlar xəstəxanadan evə buraxılıb
İsmayıllıda 2 nəfərin öldüyü avtoqəzada yaralananlar xəstəxanadan evə buraxılıb31-03-2026, 11:48 |
|
Martın 31-i saat 05:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə zamanı 2000-ci il və 2023-cü il təvəllüdlü şəxslərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |