Əsas Səhifə > Hadisə > Sumqayıtda ana və azyaşlı qızını avtomobil vurub
Sumqayıtda ana və azyaşlı qızını avtomobil vurub31-03-2026, 09:52 |
|
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı M.T-nı avtomobil vurub. Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |