Əsas Səhifə > İdman > Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazanıb
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Daşkənddə bürünc medal qazanıb28-03-2026, 20:30 |
|
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb. Şəffaflıq.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib. Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü "səkiizliy"ə yüksəlib. O, yarımfinal uğrunda keçirilən qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyb. Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub. Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb. Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub. Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.
Geri qayıt |