Əsas Səhifə > FUTBOL > Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq
Azərbaycanın U-19 millisi Şimali İrlandiya ilə qarşılaşacaq28-03-2026, 09:57 |
|
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 bu gün Şimali İrlandiya ilə qarşılaşacaq. Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4. Geri qayıt |