Əsas Səhifə > XARİCİ XƏBƏR > Bolqarıstan qiymət artımı səbəbindən biznesə 100 milyon avro kompensasiya ayıracaq
Bolqarıstan qiymət artımı səbəbindən biznesə 100 milyon avro kompensasiya ayıracaq28-03-2026, 09:28 |
|
Bolqarıstanın texniki hökuməti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra qiymətlərin artımı səbəbindən biznesə kompensasiya ödəməyə hazır olduğunu açıqlayıb. Şəffaflıq.az-ın məlumatına görə, Baş nazir Andrey Qyurov bunu brifinqdə açıqlayıb. "Qiymət artımlarının qarşısını almaq və əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün müxtəlif sektorlarda sabitliyi təmin edəcək tədbirlər paketi hazırlamışıq", - o deyib. Baş nazir əlavə edib ki, nəqliyyat şirkətlərinə, eləcə də yol daşımaları və kənd təsərrüfatı sektorlarındakı müəssisələrə prioritet dəstək göstəriləcək. Bundan əlavə, elektrik enerjisi qiymətlərinin artması səbəbindən kompensasiya nəzərdə tutulur. Ümumilikdə, biznesə dəstək üçün 100 milyon avro ayrılması planlaşdırılır. Geri qayıt |