Əsas Səhifə > SİYASƏT > DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb18-03-2026, 09:36 |
|
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı İTV-də süjet yayımlanıb. Sujetin mətnini təqdim edirik: Bu ilin əvvəlindən xaricdə yaşayan bloqerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyeva barədə müxtəlif internet platformalarında böhtan xarakterli məlumatlar yaymağa başladılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi. Bu saxta videomateriallar hardan alınıb? Bloqerlər videoları müəyyən adamlardan aldıqlarını deyirlər. Bəs bu adamlar kimdir? Bu suallara az sonra cavab verəcəyik. Gəlin ardıcıllıqla gedək. Bloqerlərin internetdə qarayaxma kampaniyasına başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bir nəfər öz sosial media hesabları, elektron poçt və xaricdə qeydiyyata alınmış telefon nömrəsi üzərindən əlaqə saxlamağa çalışır. Xarici ölkədə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olmasını iddia etdiyi kadrlarla şantaj edir. Bu görüntüləri yaymamağının müqabilində 5 milyon avro tələb edir. Geri qayıt |