Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib
Bakıda yaşayış binasında yanğın olub, 7 nəfər tüstüdən zəhərlənib17-03-2026, 13:06 |
|
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğın zamanı 7 nəfər zəhərlənib. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, onlardan 5-i böyük, 2-si uşaqdır. Sözügedən şəxslər tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub. Həmçinin, bildirilib ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Şəffaflıq.az Geri qayıt |