Əsas Səhifə > EKOLOGİYA > Bakıda duman müşahidə olunur
Bakıda duman müşahidə olunur16-03-2026, 16:50 |
|
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq atmosfer hadisəsidir. Axşam saatlarından cənub-şərq küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da dumanın seyrəlməsinə səbəb olacaq. Şəffaflıq.az Geri qayıt |