Əsas Səhifə > Hadisə > Lökbatanda 67 yaşlı qadın hamamda yıxılaraq ölüb
Lökbatanda 67 yaşlı qadın hamamda yıxılaraq ölüb16-03-2026, 15:58 |
|
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda yıxılaraq ölüb. Şəffaflıq.az xəbər verir ki, Lökbatan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva yaşadığı evdə hamam otağında yıxılıb. O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |