Əsas Səhifə > FUTBOL > Premyer Liqa: "Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub edib
Premyer Liqa: "Şamaxı" səfərdə "Sumqayıt"ı məğlub edib14-03-2026, 00:30 |
|
Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub. Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Şamaxı" 8-ci pillədə qərarlaşıb. Meydan sahibləri 32 xalla altıncıdır. Günün ilk görüşündə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub edib -2:1. Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Geri qayıt |