Əsas Səhifə > REGİON > Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub


13-03-2026, 09:23


Türkiyənin mərkəzində 5,3 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Zəlzələnin episentri təxminən 129.000 insanın yaşadığı Tokat şəhərindən 46 km şimalda, ocağı 6 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) isə Tokat vilayətində yerli vaxtla saat 03:35-də 5.5 bal gücündə zəlzələ baş verdiyini bəyan edib. Zəlzələ Tokat daxil olmaqla Samsun, Çorum, Amasiya, Sinop və ətrafdakı bir çox vilayətdə hiss olunub.


Geri qayıt