Əsas Səhifə > İnfrastruktur > Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib12-03-2026, 11:09 |
|
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Belə ki, 18 mart tarixndə hər iki istiqamətə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq. Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. Şəffaflıq.az Geri qayıt |