Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ Aİ, Çin və bir sıra digər ölkələrə qarşı ticarət araşdırmalarına başlayıb
ABŞ Aİ, Çin və bir sıra digər ölkələrə qarşı ticarət araşdırmalarına başlayıb12-03-2026, 09:08 |
|
Vaşinqton administrasiyası Avropa İttifaqı (Aİ), Çin və Hindistan da daxil olmaqla bir neçə ölkəyə qarşı ticarət araşdırmalarına başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi aparatının açıqlamasında bildirilib. Araşdırmalar Vaşinqtonun istehsal sənayesində "artıq istehsal gücü" səbəb olduğuna və ABŞ ticarətinə maneələr yaratdığına inandığı qaydalar, siyasətlər və təcrübələrlə bağlıdır. ABŞ-nin danışıqlardakı ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Birləşmiş Ştatların bir çox ticarət tərəfdaşları ölkələrin daxilində istehlak edə biləcəklərindən daha çox mal istehsal edir. O vurğulayıb ki, bu cür həddindən artıq istehsal ABŞ-də daxili istehsalı pozur və Amerika sənayesinə investisiya qoyuluşuna mane olur. Araşdırmalar ABŞ Prezidentinə milli ticarətə zərər verən məhdudiyyətlərə qarşı tədbir görməyə imkan verən 1974-cü ilin "Ticarət haqqında" Qanununun 301-ci maddəsi çərçivəsində aparılır. Aİ, Çin və Hindistandan əlavə, araşdırma Banqladeş, Vyetnam, İndoneziya, Kamboca, Cənubi Koreya, Malayziya, Meksika, Norveç, Sinqapur, Tailand, İsveçrə, Yaponiya və Tayvanı da əhatə edəcək. Geri qayıt |