Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / REGİON > Pezeşkian: İran sülhə sadiqdir, lakin ABŞ və İsraildən qəti zəmanətlər lazımdır
Pezeşkian: İran sülhə sadiqdir, lakin ABŞ və İsraildən qəti zəmanətlər lazımdır12-03-2026, 08:54 |
|
Rəsmi Tehran regional sülhə sadiqdir, lakin gələcəkdə ABŞ və İsraildən hücum etməmək barədə qəti zəmanətlər lazımdır. Şəffaflıq.az-ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsində yazıb. "Rusiya və Pakistan liderləri ilə danışıqlar zamanı İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. (İsrail - red.) və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarını tanımaq, təzminat ödəmək və təcavüzün təkrarlanmamasına dair qəti beynəlxalq zəmanətlər verməkdir", - paylaşımda bildirilir. Xatırladaq ki, martın 10-da Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı olub. Geri qayıt |