Əsas Səhifə > REGİON > Ukraynada ali məktəb tələbələri Azərbaycana həsr olunmuş esse müsabiqəsində iştirak edib
Ukraynada ali məktəb tələbələri Azərbaycana həsr olunmuş esse müsabiqəsində iştirak edib11-03-2026, 12:21 |
|
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin ali məktəblərində esse yazı müsabiqəsi keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Ukraynanın nüfuzlu ali məktəblərinin 200-ə yaxın tələbəsinin iştirak etdiyi müsabiqədə Azərbaycanın Zəfər tarixi, suverenliyi, Ukrayna-Azərbaycan arasında tarixi münasibətlərə dair müxtəlif mövzular üzrə esse yazılıb. Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi ilk olaraq Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilib. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, iki ölkə arasında əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, müsabiqənin qalibləri arasında gələcək diplomatlar da var. Bəlkə də gələcəkdə bu gənclər ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Sonra institutun direktoru Valeri Kopeyka çıxış edərək qeyd edib ki, ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir. Çıxışlardan sonra müsabiqənin qaibləri mükafatlandırılıb. Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi daha sonra Kiyev Politexnik İnstitutunda keçirilib. Mərasimdən əvvəl səfir və ali təhsil ocağın rektoru Anatoli Melniçenko arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Sonra səfir qalibləri mükafatlandırıb. Geri qayıt |