Əsas Səhifə > Mədəniyyət / SİYASƏT > Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Adil Kərimlinin Hacıqabulda vətəndaş qəbulunun vaxtı dəyişdirilib


11-03-2026, 10:30


Mədəniyyət naziri Adil Kərimlinin Hacıqabul rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul martın 14-ü saat 10:00-da Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulur.

Şəffaflıq.az


Geri qayıt