Əsas Səhifə > Dünya > Terrorçu-kamikadze ABŞ səfirliyinin qarşısında PARTLAYIŞ TÖRƏTDİ
Terrorçu-kamikadze ABŞ səfirliyinin qarşısında PARTLAYIŞ TÖRƏTDİ6-03-2020, 15:22 |
Şəffaflıq.az xəbər verir ki, bu gün Tunisin patyaxtında yerləşən ABŞ səfirliyinin qarşısında kamikadze-terrorçu intihar kəmərinə yerləşdirilmiş bombanı işə salaraq partlayış törədib. Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci ildən qüvvədədir. 2015-ci ilin iyununda Tunisin El-Knataui kurortunda 40 nəfərin ölümünə səbəb olan terror aktı baş verib. Ardından ölkənin paytaxtındakı Bardo Milli muzeyinə hücum edilib. 2015-ci ilin noyabrında kamikadze-terrorçu prezident qvardiyasının əməkdaşlarına hücum edib. 2015-ci ildə terrorçuların ardıcıl hücumlarından sonra Tunis hakimiyyəti təhlükəsizlik tədbirləri görərək, bu Şimali Afrika ölkəsinə turist axınını bərpa eləməyə müyəssər olublar. Geri qayıt |