Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İraq hava məkanının bağlanmasını daha üç gün uzadıb

İraq hava məkanının bağlanmasını daha üç gün uzadıb


10-03-2026, 14:45


İraqın hava məkanı daha üç gün bağlı qalacaq.

Şəffaflıq.az"Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə İraqın Mülki Aviasiya İdarəsindən bildirilib.

Məhdudiyyət cümə gününədək 72 saat ərzində bütün gələn, yola düşən və tranzit reyslər üçün qüvvədə olacaq.

Qurumun məlumatında deyilir ki, bu, təhlükəsizlik sahəsindəki vəziyyətin və regionda hadisələrin inkişafının qiymətləndirilməsi əsasında qəbul edilmiş müvəqqəti qabaqlayıcı tədbirdir.

"Qərar hər hansı yenilənmələr fonunda yenidən nəzərdən keçiriləcək", - idarədən vurğulanıb.


Geri qayıt