Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq6-03-2020, 15:21 |
Bakının Nəsimi rayonunun 28 May küçəsində mövcud dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, məhdudiyyət martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq olunacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Agentlik yaranacaq narahatlığa görə vətəndaşlardan üzr istəyib. Geri qayıt |