Əsas Səhifə > REGİON > Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib
Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib9-03-2026, 14:56 |
|
Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. "Əminəm ki, Siz atanızın (Əli Xamenei - red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz", - Putin qeyd edib. O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır. Xatırladaq ki, bu gün Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib. Geri qayıt |