Əsas Səhifə > Hadisə > Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb


7-03-2026, 13:00


Salyanda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 63 yaşlı Taleh Şükürov saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, həmin şəxsdən narkotik vasitə olan heroin və metamfetamin, eləcə də 1 ədəd "Kalaşnikov" markalı avtomat aşkarlanıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Geri qayıt