Əsas Səhifə > Hadisə > Qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb7-03-2026, 12:47 |
|
Xətai rayonunda qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub. Araşdırma davam etdirilir. Şəffaflıq.az Geri qayıt |