Əsas Səhifə > XARİCİ XƏBƏR > Səudiyyə Ərəbistanı paytaxta və neft infrastrukturuna dron hücumu barədə məlumat yayıb
Səudiyyə Ərəbistanı paytaxta və neft infrastrukturuna dron hücumu barədə məlumat yayıb7-03-2026, 12:36 |
|
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib, onlardan biri "Şeyba" neft yatağı istiqamətində, digəri isə paytaxt Ər-Riyada yönəlmişdi. Şəffaflıq.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub. Məlumata görə, hər iki hücumun qarşısı uğurla alınıb. Bildirilib ki, Ər-Riyad istiqamətində uçan PUA-lar paytaxtın şərqində məhv edilib, ikinci aparat isə "Şeyba" neft yatağına doğru hərəkət edərkən "Rub əl-Xali" rayonunda zərərsizləşdirilib. Bir qədər əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi, həmçinin ölkənin şərqindəki Əl-Xarc şəhərində yerləşən Şahzadə Sultan aviabazasına atılan ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat vermişdi. Krallığın Müdafiə Nazirliyinin əvvəlki bəyanatlarında bu səhər "Şayba" neft yatağına istiqamətlənən 6 PUA-nın zərərsizləşdirildiyi bildirilirdi. Geri qayıt |