Əsas Səhifə > Hadisə > Sumqayıtda kişi özündən 18 yaş kiçik arvadını öldürməkdə şübhəli bilinir
Sumqayıtda kişi özündən 18 yaş kiçik arvadını öldürməkdə şübhəli bilinir6-03-2026, 12:23 |
|
Sumqayıtda 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin öldürülməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Şəffaflıq.az Geri qayıt |