Əsas Səhifə > Dünya > NATO mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırdı - Koronavirus təhlükəsi

NATO mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırdı - Koronavirus təhlükəsi


6-03-2020, 15:08

 

NATO koronavirus təhlükəsi ilə əlaqədar Brüsseldəki mənzil-qərargahına giriş-çıxışı məhdudlaşdırıb.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, Alyans əməliyyatlarda iştirak etmiş hərbçilərinə tibbi baxış keçirir.

Bundan başqa, NATO rəhbərliyi jurnalistlərə müraciət edərək soyuqdəymə simptomları olanların mənzil-qərargaha gəlməmələrini xahiş edib.
Geri qayıt