Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib
ABŞ İranın aviadaşıyıcı gəmisinə zərbə endirib6-03-2026, 09:17 |
|
Amerika qoşunları İranın pilotsuz uçuş aparatlarını daşıyan gəmisinə zərbə endirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. CENTCOM tərəfindən paylaşılan videoda sursatın İranın nəhəng gəmisinə dəyməsi və onun üzərindən qatı tüstünün yüksəlməsi görünür. Komandanlığın məlumatına görə, ölçülərinə görə İkinci Dünya müharibəsi dövrünün aviadaşıyıcılarını xatırladan PUA daşıyan gəmi "hazırda yanır". Məlumatda zərbənin məhz harada endirildiyi dəqiqləşdirilməyib. Geri qayıt |