Əsas Səhifə > Hadisə > Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək5-03-2026, 11:52 |
|
Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyev martın 11-də saat 10:00-da Sabunçu rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Sabunçu rayon sakinlərinin qəbulunu keçirəcək. Şəffaflıq.az Geri qayıt |