Əsas Səhifə > SİYASƏT > Bakı və Dəməşq aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı və Dəməşq aviasiya sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib4-03-2026, 16:27 |
|
Azərbaycanla Suriya mülki aviasiya və hava nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin sədri Ömər əl-Xusariyə Azərbaycan və Suriya arasında mülki aviasiya və hava nəqliyyatı sahəsində mümkün əməkdaşlıq yollarını nəzərdən keçirdiyimiz səmərəli görüşə görə minnətdarlığımı bildirirəm. Belə qısa müddət ərzində əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumata görə minnətdaram. Dost Suriyada mülki aviasiyanı və hava nəqliyyatını parlaq gələcək gözləyir", - məlumatda bildirilib. Geri qayıt |